Mövcud olmayan hakim «Hyundai» şirkətindən 18 milyon «cərimə» alıb! - Dağıstanda

Dağıstanın Tretey Məhkəməsi «Hyundai» avtokonsernindən 18,2 milyon rubl pul tutub. Ancaq sonradan məlum olub ki, həmin məhkəmədə həmin mübahisəyə baxılmayıb, qərar çıxarmış hakim isə heç vaxt bu məhkəmədə işləməyib. Bu barədə «Kommersant» qəzeti yazıb.

Nəşrin məlumatına görə, ötən ilin aprelində yerli sakin Nadim Apayev 1,3 milyon rubla «Hyundai Equus» avtomobili alıb. Maşında defekt aşkar olunub və alıcı avtomobili dəyişdirməyi tələb edib. Həmin tarixdə sözügedən model istehsaldan çıxarıldığı üçün istehsalçı alıcıya maşının pulunu qaytarıb.

Amma dağıstanlı alıcı şirkətin nümayəndəliyindən məhkəmə vasitəsilə qiymət artımı fərqi kimi daha 2,5 milyon rubl və daha 2,3 milyon rubl «faiz» tələb edib. Yetərli sübutlar olmadığından, məhkəmə iddianı rədd edib.

Qəzet yazır: «Avqustun 3-də «Xende Motor MDB» gözlənilmədən Kizlər rayon (Dağıstan) məhkəməsindən Federal arbitraj-tretey məhkəməsi kollegiyasının qərarı üzrə icra vərəqəsi verilməsi üçün keçiriləcək məhkəmə iclasına çağırış alıb. Həmin qərarla iyulun 25-də şirkətin hesabından 18,21 milyon rubl pul və daha 417 min rubl tretey rüsumu tutulub. İddiaçı qismində Abdurəhman Maqomedov çıxış edib. Alıcı Apatov 17 may 2017-ci ildə şirkətin distribüterinə tələb irəli sürmək hüququnu Abdürəhman Maqomedova verib».

Üstəlik də iddiaçı irəli sürdüyü tələbə daha 6,0 milyon rublun tutulmasını əlavə edib - istehlakçının hüququnun pozulmasına görə. Sənəddə qeyd olunub ki, məhkəmə çəkişməsi barədə çağırış göndərilsə də, şirkətin nümayəndələri məhkəməyə gəlməyiblər.

«Hesab edirik ki, pul vəsaitinin oğurlanması məqsədilə, Tretey Məhkəməsinin qərarı saxtalaşdırılıb və ya Maxaçkaladakı Tretey Məhkəməsi hakiminin səlahiyyətlərini aşması ilə icra olunub» - deyə, «Xende Motor MDB» şirkətinin hüquq şöbəsinin rəhbəri Natalya Moiseyeva qeyd edib.

Onun sözlərinə görə, şirkət Maqomedovla münasibətdə olmayıb, şirkətin borcu yoxdur, avtokonsern arbitraj sazişi bağlamayıb və işə baxılması barədə xəbərdarlıq almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar