Suriyada hava zərbələri nəticəsində 50 dinc sakin həlak olub

Dünən gecə Suriyanın Hama vilayətinə endirilmiş hava zərbələri nəticəsində 50 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hava zərbəIəri vilayətin şərqindəki Rüveyd və Musterix kəndlərinə endirilib. Ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.

Hava zərbələrinə məruz qalmış kəndlərin qarşısındakı ərazilər kasset bombalardan istifadə edən İŞİD terror qruplaşmasının nəzarətindədir. Yerli mənbələr Suriyanın həmin ərazilərində tibb müəssisələrinin olmadığını, yaralıların müalicəsiz qaldığını bildiriblər.

Hava hücumlarında hansı ölkənin təyyarələrinin iştirak etdiyi hələlik məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar