“Mərhələni keçəcəyimizə inanırıq” - Miçel

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah baş tutacaq “Kopenhagen” – “Qarabağ” matçı üçün bu gün mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Miçel konfransda tarixi matçda şansları dəyərləndirib:

Miçel bildirib ki, “Kopennhagen” güclü olsa da, “Qarabağ”ın mərhələ keçəcəyinə inanır:

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar. Rəqibimiz olduqca güclüdür və Çempionlar Liqasında yetərincə təcrübələri var. Təbii ki, sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sabah sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar