CƏMİL HƏSƏNLİYƏ HÜCUM TƏŞKİL EDİLDİ- Xalq namizədini qorudu-VİDEO- FOTOLAR

Oktyabrın 4-də, Sabirabadda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin görüşünə bir qrup şəxs mane olmağa çalışır.

Azadlıq Radiosunun müxbiri xəbər verir ki, əvvəlcə Sabirabad stadionu qarşısına toplaşmış təxminən 25-30 nəfər kişi görüşə gələnləri stadiona buraxmayıb. Həmin şəxslər əllərində «İlhamla İrəli» plakatları tutublar, sinələrinə prezident İlham Əliyevin fotolarını vurublar.

Polis tədbirə maneçilik törədənlərə müdaxilə etməyib, hadisəni kənardan seyr edib.

Mitinq başladıqdan sonra isə bir qrup qadını mitinqin keçirildiyi stadiona gətiruib töküblər. Məlumata görə, onların coxu qaçqın olub. Və ehtimal ki, Sabirabad İcra Hakimiyyətinin nümayəndələrinin təhriki ilə «Milli Şura rədd olsun» şüarları səsləndirib, mitinqi dağıtmağa cəhd göstəriblər.

Azadlıq Radiosunun müxbiri bildirib ki, stadionda olan az sayda polis qüvvəsi qarşıdurmaya müdaxilə etmzyib. Əksinə onları müdafiə edib.

AXCP sədri Əli Kərimli çıxış edərkən həmin şəxslər səsgücləndiricilərlə ona mane olmağa çalışıblar. Xalq Partiyasının sədri Pənah Hüseyn çıxışında İlham Əliyevi «qadınları önə buraxmaqda, müxalifətçilərin üzərinə yönəltməkdə» ittiham edib.

Sonra təxribatçıları Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə hücum etməyə təhrik ediblər. Ancaq xalq CƏMİL HƏSƏNLİNİ qoruyub. Bu zaman yaralananlar olub. Prezidentliyə namizədin görüşü yarımçıq dayandırılıb.

Baş verənlərin cəkilməsindən narahat olanlar jurnalistlərə də hücum təşkil edib. Prezidentliyə namizədin seçicilərlə görüşünə müdaxilə edən və kimliyi bilinməyən şəxslər aksiya yerindəki jurnalistlərə hücum çəkiblər. Azadlıq Radiosunun bölgə müxbiri Tural Mustafayevin kamerası sındırılıb. Təzyiqə məruz qalanlar arasında “Azadlıq” qəzetinin müxbirləri Ramin Deko və Sevinc Vaqifqızı, “Turan” informasiya agentliyinin reportyoru Etimad Budaqov, “Yeni Müsavat” qəzetinin müxbiri Röya Rəfiyeva da var.

Azadlıq Radiosunun müxbiri son durumu belə açıqlayır: “Biz jurnalistlər avtomobilə minib ərazidən uzaqlaşmaq istəyirik, amma imkan vermirlər. Görüş-mitinqin keçirildiyi meydan boşdur. Maşınımız aksiyaya hücum edənlərin əhatəsindədir. Biz qorxumuzdan maşına yaxınlaşa bilmirik. Polisə müraciətlərimiz, hələlik, nəticəsiz qalıb”.

Hadisəylə bağlı DİN-in yaydığı məlumatda isə baş verənlər təhrif olunub.

Vaqif

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar