Yol çəkilişi zamanı məzarlıq aşkarlandı - VİDEO

Xızı rayonunda yol çəkilişi zamanı məzarlıq aşkarlanıb.

"Report"un Şimal bürosunun məlumatına görə, məzarlıq Xızı-Altıağac yolunun çəkilişi zamanı qazıntı işləri aparan Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub.

Belə ki, yolun Altıağac qəsəbəsinin ərazisindən keçən hissəsində qazıntılar zamanı insana məxsus xeyli sayda kəllə sümükləri aşkarlanıb. Yerli sakinlərin sözlərinə görə, məzarlığın aşkar olunduğu ərazidə qədim kənd olub və orada aşkarlanan insan skletlərinin həmin kəndin sakinlərinə məxsus olduğu ehtimal edilir.

Tapılan insan sümükləri Yol İstismar İdarəsinin əməkdaşları və yerli sakinlər tərəfindən başqa ərazidə yenidən basdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar