“Qarabağ” necə olur olsun qalib gəlməlidir – Bayram Səfərov

““Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edir. İnanıram ki, ”Qarabağ” bu gün qələbə qazanaraq bütün Azərbaycan xalqını sevindirəcək”.

Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Qarabağ”- “Kopenhagen” komandaları arasında keçiriləcək oyunu şərh edərkən deyib.

B. Səfərov bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və beynəlxalq idman qurumları uğurlarımızı yüksək qiymətləndirirlər.

“İdmançılarımızın da mütəmadi olaraq xalqımızı sevindirir. “Qarabağ” klubu bütün uğurlara layiq komandadır. Azərbaycan bu gün azadlıq, müstəqillik yolu ilə gedir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Klubun adının “Qarabağ” olması da komandanın üzərinə əlavə məsuliyyət qoyur. Amma güman edirəm ki, klubumuz bu işin öhdəsindən layiqincə gələcək. “Qarabağ” bizim arzumuzdur, istəyimizdir, qanımızdır və canımızdır. Mən klubun bütün rəhbərliyinə bizə qələbə həyacanını yaşatdığına görə təşəkkür edirəm. İnanıram ki, biz bu gün də “Qarabağ”ın simasında qələbəni dadacağıq”.

İcra başçısı deyib ki, bu gün idman həm də siyasət deməkdir.

“Prezident İlham Əliyev tərəfindən idmana bu gün çox böyük qayğı göstərilir. Bu qayğının sayəsində də ölkəmizdə bütün idman növləri inkişaf edir. Onlardan biri də futboldur. Bu gün Qarabağın Azərbaycanın olmasını bütün dünya tanıyır. “Qarabağ” klubu da bu istiqamətdə öz töhfəsini verir. Artıq “Qarabağ” klubunun adı dünyanın ən məhşur, böyük arenalarından gəlir. Ümid edirəm ki, “Qarabağ” Çempionlar Liqasına düşmək şansını necə olursa-olursa bu axşam qorumalıdır. “Qarabağ” Azərbaycanı o liqada təmsil etməyə ən çox haqq etmiş klubdur, bu ilkə də onlar imza atmalıdır.

Qeyd edək ki, bu gün Azərbaycan çempionu “Qarabağ” həlledici oyuna çıxacaq. “Qarabağ” səfərdə “Kopenhagen”-in qonağı olacaq.

“Qarabağ” Bakıda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb. Əgər "Qarabağ" rəqibini keçərsə, tarix yazacaq. Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar