Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

Mingəçevir şəhərində 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

"Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti, 82/24 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Günel Rəhman qızı İsmayılova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar