Xaçmaz sakinini elektrik cərəyanı vuraraq öldürüb

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən yeni yaşayış massivində evdə elektrik xətrini təmir etməyə çalışan 1963-cü il təvəllüdlü Hüseynov Hüseyn Həsən oğlunu elektrik vuraraq öldürüb.

Mərhumun meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar