Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

mese-yanginiŞəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinklik ərazisində yağın hadisəsi baş verib.

Bu barədə "Report"a Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Yanğın zamanı, əsasən quru ot və kol örtüyünə ziyan dəyib. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar