Ermənistanda vəkillər aksiya keçirəcək

Ermənistanda vəkillər məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz məqsədilə aksiya keçirməyə hazırlaşırlar.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Ayk Alumyan deyib.

Onun sözlərinə görə, bu cür davranış nəinki qeyri-qanuni, həm də təhqiredicidir. Alumyan deyib ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb.

Onun sözlərinə görə, 2017-ci ilin əvvəlindən hüquqşünaslara qarşı görülməmiş təzyiqlər başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar