"QARABAĞ" ÇEMPİONLAR LİQASINDA: TARİXİ UĞUR! - Qurbanovun açıqlamaları + VİDEO + FOTOLAR

Təmsilçimiz "Qarabağ" Çempionlar Liqasında qruplara yüksəlməyi bacarıb."AzPolitika.info"nun məlumatına görə təmsilçimiz səfərdə Danimarkanın "Kopenhagen" klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasında qruplara yüksələn ilk Azərbaycan klubu olub.

Bakıda baş tutan ilk qarşılaşmada rəqibini 1-0 hesabı ilə məğlub etməyi bacaran "Qarabağ", səfərdə rəqibinə 2-1 hesabla məğlub olmasına baxmayaraq qruplara yüksəlməyi bacarıb.

Komandamızı Çempionlar Liqasında qruplara yüksəldən qolu qarşılaşmanın 63-cü dəqiqəsində Ndlovu vurub.

Təbriklər "Qarabağ"!

“Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Deyiləcək çox söz yoxdur. Bu uğurun ölkəmizdə futbolun inkişafına bir qədər də təkan verəcəyini düşünürəm”. Bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İdman Azərbaycan” telekanalına açıqlamasında deyib.

O, tarixi nəticəni belə şərh edib: “Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.

Baş məşqçi qeyd edib: “Bütün Azərbaycan xalqını, azarkeşlərimizi, hər kəsi təbrik edirəm. Sevinirik ki, ölkəmizi sevindirə bildik”.

Təcrübəli mütəxəssis yekunda transfer haqqında da danışıb: “Mütləq transfer etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2 oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.

Qələbədən sonra şəhər sakinləri Azərbaycan bayraqları ilə mərkəzi yerlərə toplaşaraq komandanın Çempionlar Liqasının qrup mərhələsinə keçməyinin sevincini yaşayırlar.

 

 

 

       

  

Öən gecə Danimarkanın "Kopenhagen" komandasını Avro Liqaya yola salan ağdamlıları Bakıda böyük izdihamla qarşıladılar. Yüzlərlə azarkeş saatlarla komandanı gözləyib, onlara dəstək verdilər.

Həmin anları əks etdirən fotoları musava.coma-a istinadən təqdim edirik.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar