Fars körfəzində iki gəminin toqquşması nəticəsində 20 nəfər ölüb

Fars körfəzində İraqa məxsus gəminin digər yük gəmisi ilə toqquşması nəticəsində 20 dənizçi ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Əl-Misbar” alı gəmi Xor-Abdalla kanalında “Royal Arsenal” adlı yük gəmisi ilə toqquşub. Qəza nəticəsində 20 nəfər ölüb, 11 nəfəri isə xilas etmək mümkün olub. “Royal Arsenal” gəmisinin Sent Vinsent və Qrenadin dövlətinin bayrağı altında üzdüyü bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar