“MEHRİBAN ƏLİYEVANIN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏMƏYƏ HAZIRAM” - Ayaz Mütəllibov

ayaz_mutelibov_09793_412274“Mənim siyasi partiya yaratmaq niyyətim yoxdur. Ancaq seçkilərdə Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləməyə hazıram”.

Bunu eks-prezident Ayaz Mütəllibov ölkə.az saytına müsahibəsində deyib.

“Mehriban xanım Əliyevanın seçkilərdə iştirak etməyinə çox müsbət baxıram. Mehriban xanımın namizədliyi üçün bütün dəstəyi verməyə də hazıram. Hətta, Mehriban xanımın namizədliyi irəli sürülərsə, onun Prezident seçilməsinə dəstək üçün açıq şəkildə mətbuatla xalqa müraciət edə bilərəm. Misal üçün, xalqa başa salmaq olar ki, Mehriban xanım Əliyevanın prezidentliyə namizəd olması Azərbaycana hansı töhfələri verə bilər” - keçmiş prezident bildirib.

Mütəllibov deyib ki, Mehriban Əliyevanın prezidentliyə namizədliyinə dəstək verməyə hazır olduğuna görə hansısa tənqidlərlə üzləşməkdən çəkinmir. “Mən bir şəxsiyyət və vətəndaş kimi Mehriban xanım Əliyevaya prezidentliyə namizəd olması üçün açıq dəstək verməyə hazıram” - o vurğulayıb.

Vurğulamaq yerinə düşər ki, Ayaz Mütəllibovun barəsində danışdığı mövzuya - növbəti seçkilərdə hakim partiyanın namizədinin kim olacağı məsələsinə hakimiyyətin son dərəcə ehtiyyatlı münasibəti var. Bu barədə danışmağı da, danışanları da sevmirlər. Hakimiyyət ideoloqlarının fikrincə, hazırda namizədlik məsələsini gündəmə gətirmək onların maraqlarına cavab vermir. Bunun üçün kifayət qədər zaman var. Qəti qərar qəbul edildikdən sonra bu barədə danışmaq olar. Lakin göründüyü kimi, Ayaz Mütəllibov namizədlik məsələsi ilə bağlı çox həvəslə və ətraflı danışıb. Üstəlik, bunu məhz PA-nın nəzarəti altında olan KİV-lərə müsahibəsində deyib.

Maraqlıdır, bundan belə nəticə çıxarmaq olar ki, hakimiyyət prezidentliyə namizədliklə bağlı müzakirələrin başlanmasında maraqlıdır, yoxsa bu kiminsə özfəaliyyətidir? Hər halda Ayaz Mütəllibovun özfəaliyyətlə belə məsələləri gündəmə gətirdiyi o qədər də inandırıcı deyil...

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar