Çexiya ABŞ hərbi bazasına ehtiyacı olmadığını bəyan edib

Çexiyaya ölkə ərazisində xarici hərbi baza, o cümlədən, Amerika Birləşmiş Ştatlarının (ABş) bazası gərək deyil. AzPolitika.info xarci KİV-ə istinadla xəbər verir ki, bu bəyanatla Çexiyanın Rusiyadakı səfiri Vladimir Remek çıxış edib.

«Ölkənin siyasi rəhbərliyi hesab edir ki, Çexiya ərazisində xarici ölkə hərbi bazasına ehtiyac yoxdur. Mən, bunu bəyan edirəm» - deyə, «RİA Novosti» agentliyi səfirdən sitat gətirir.

Remek onu da qeyd edib ki, bu, o demək deyil ki, hamı belə düşünür, amma bu yanaşma rəsmi mövqedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar