Tovuzda avtomobil iki uşağı vuraraq öldürüb

Qezada-sinmish-padpres-180912Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyinə görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

“VAZ” markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb, sonra isə hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar