“Hazardın milliyə çağırılmasına təəccübləndim” – Konte

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan “Çelsi”nin baş məşqçisi Antonio Konte zədə səbəbindən Premyer Liqanin startını buraxan Eden Hazardın Belçika millisinə dəvət olunmasına münasibət bildirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, bu qərardan bir balaca təəccüblənib:

“Amma mən özüm İtaliya millisinin baş məşqçisi olmuşam. Ona görə də digər məşqçinin qərarına hörmətlə yanaşıram. Eden millinin oyununa qədər hazır olacaq və komanasına kömək edəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar