Elşad Abdullayev Fransada unversitet açır

Keçmiş ABU rektorunun Fransada yeni universitet qurulması layihəsi də müzakirə olunmaqdadır

Elşad Abdullayevin sözçüsü Elnur Məcidli, müvəkkilinin axtarışa verilməsinə münasibət bildirib. Hafta.az saytına açıqlama verən E.Məcidli bildirib ki, Elşad Abdullayevin Fransada Maqnitski aktına bənzər prosesə başlamasının və bununla bağlı müxtəlif dövlət müəssisələrinə sorğuların göndərilmə ehtimalının da orqan transplantasiya məsələsini əks arqument kimi ortaya çıxmasına səbəb ola biləcəyini deyib: “Bildiyiniz kimi, Elşad Abdullayev Fransada artıq siyasi sığınacaq alıb, daimi yaşayış hüququ əldə edib. Növbəti aylardan etibarən Elşad Abdullayev müəyyən kurslardan sonra Paris universitetlərindən birində işləyə bilər, həmçinin Fransada yeni universitet qurulması layihəsi də müzakirə olunmaqdadır”.

Elnur Məcidli Hafta.az-a iki sənəd təqdim edib: “Hər ikisi təsisçi müqaviləsidi. ABU Tibb Mərkəzinin sahibi Elşad Abdullayevdi, lakin o bu mərkəzin tibb qurumu kimi işlədilməsiylə bağlı baş həkim Dilarə İsmayılova ilə müqavilə bağlayıb. Sizə göndərdiyim hər iki təsisçi müqaviləsində də göstərilir ki, bütün fəaliyyət qanun içində olmalıdır, qanundankənar hər hansı fəaliyyətdən Dilarə İsmayılova məsuliyyət daşıyır. Hüquqi qiymət verəsi olsaq, Elşad Abdullayev müqavilədən görsəndiyi kimi bir növ icarədardır, tibb mərkəzinin bütün fəaliyyətindən məsuliyyəti Dilarə İsmayılova daşıyır. Əgər burada hər hansı qanundan kənar fəaliyyət olubsa, bunun məsuliyyətini Dilarə İsmayılova daşıyır, ilk növbədə o məsuliyyətə cəlb olunmalıdır. Lakin bu baş verməyib, əksinə, o başqa bir klinikada baş həkim olaraq işləyir”.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar