QAZ BAZARI UĞRUNDA RUSİYA-ABŞ DÖYÜŞÜ – Kim qalib gələcək?

Qazprom-main

Təbii qazın köhnə dünyaya (Avropaya) çatdırılması ilə bağlı ABŞ və Rusiya arasında yeni qarşıdurma küləkləri əsməyə başlayıb. Bu amansız mücadilədə Amerikanın enerji müstəqilliyi Avropa qaz ehtiyatının 35%-ni ödəyən Moskvanın önündə əngələ çevrilib. Rusiyadan sonra Avropaya ən çox qaz tədarük edən ölkə Norveçdir. Sonra isə sıra ilə Əlcəzair, Qətər və Liviya gəlir.

Hal-hazırda ABŞ enerji sektorunun əsasında dayanan şist yataqları və bitium qumundan karbohidrogenlərin hasil olunması texnikasının inkişafı, dünya çapındakı geostrateji ssenarinin yenidən yazılmasına təkan verə bilər.

Keçən il təbii sıxılmış qazın bütün dünyaya ixrac edilməsinə Vaşinqton öz razılığını verib (Səsvermə 2014-cü ildə Konqresdə keçib). Belə ki, metan tankerlər vasitəsilə daşınır və çatdırılma yerində yenidən qaz halına gətirilir. Aparılan yük Texas və Luiziana ştatları sərhədləri arasında yerləşən “Cheniere Energy” şirkətinin nəzarətində olan Sabin-Pass terminalından yola salınıb. Hal-hazırda bu, təbii qazın Asiya, Afrika və az həcmdə olsa da (13%) Avropaya nəql etdirilməsi ilə məşğul olan yeganə şərkətdir.

Rusiya ilə qarşıdurmanın güclənməsinin səbəbi Polşa və şimal dənizləri istiqamətinə yönəlmiş “Clean Ocean” tankeri olub. Bu tanker keçən ay Şərqi Avropaya ilk tədarükünü həyata keçirmişdi. Mərkəzi və Şərqi Avropanı birləşdirən ticarət və energetika üzrə ”Üç dəniz təşəbbüsü” müqaviləsi çərçivəsində Polşaya səfər edən Donald Tramp bu məsələ ilə əlaqədar bildirmişdi: “ABŞ heç zaman enerji daşıyıcılarını sizin ölkənizi şantaj etmək üşün istifadə etməyəcək, biz başqalarına da bunu etməyə imkan verməməliyik”. Bu sözlərlə Tramp Rusiyanı nəzərdə tuturdu.

Tramp 2008-ci ildə Ukrayna ilə Rusiya arasında yaranmış mübahisə ilə əlaqədar Avropaya gedən qazın həcminin azaldılmasını xatırlatmaqla yanaşı, həmçinin 2014-cü ildə Krımın ilhaqından sonra Avropanın Vladimir Putindən asılı olması təhlükəsinin güclənməsini də qeyd edib.

Bu hələ hamısı deyil, çünki həmin tankeri Litvada da gözləyirlər. Həmin tanker Amerikan qazının keçmiş sovet respublikasına ilk nəqlini həyata keçirəcək. Moskva üçün bu ən böyük təhlükədir. Ona görə ki, bunlar onun “arxa baxça”sında baş verən hadisələrdir.

Rusiya hasil etdiyi qazın 75%-ni Avropaya göndərir, federal büdcənin 40 faizi neft və qazdan əldə edilən gəlirlər hesabına formalaşır. Avropa Komissiyasının Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq cəhdini nəzərə alsaq, ABŞ-ın xeyrinə olan tədarükün mümkün diversifikasiyası Brüsselin xoşuna gəlir.

Merilend, Texas və ABŞ-ın digər şərq sahillərində yeni sıxılmış təbii qaz terminlallarının tikildiyini nəzərə əlsaq, bu perspektiv Vaşinqtona daha cazibədar görünər. Belə hesab olunur ki, 2020-ci ilə qədər ABŞ sıxılmış qaz ixracını 105 milyard kub metrə qədər artırmaq mümkündür.

Əlbəttə, Moskva da öz yerində hərəkətsiz dayanmayıb. Onun qiymətləri əhəmiyyətli dərəcədə aşağı salmaq üçün böyük imkanları var. İstehlakçı üçün bu aspekt istənilən siyasi düşüncədən daha mühümdür. “The Wall Street Journal” qəzetinin hesablamasına görə, burada söhbət bir milyon “btu” (Britaniya terminal vahidi) üçün 6,29 dollar qiymətindəki ABŞ sıxılmış qazının əvəzinə 4,86 dollara təklif edilən və ikiqat transformasiya prosedurundan keçməyən Rusiya qazından gedir. Rusiya həmçinin Ukraynadan yan keçərək Baltik dənizinin dibi ilə çəkiləcək 1200 kilometr uzunluğundakı “Şimal axını-2” qaz kəmərinə ümid bəsləyir. Amma Tramp administrasiyası Moskvanın Kiyevə yönələn aqressiyasına cavab olaraq, bu layihəyə qarşı sanksiya tətbiq edib.

Bu layihə həyata keçdiyi təqdirdə Rusiya qazının Avropaya ixracının 80%-nin vahid bir kanalda cəmləşdirilməsi mümkün olacaq. Belə olan halda isə Avropanın zəif tərəfi daha da güclənəcək.

(“La Stampa”-İtaliya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar