Robert Prosineçki: "Qarabağ" çox çətin qrupa düşüb" - MÜSAHİBƏ

prosineckiAzərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın "Qarabağ" - "Qəbələ" matçından əvvəl jurnalistlərin suallarını cavablandırıb.

"Report" həmin müsahibəni təqdim edir:

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını və rəqiblərini necə dəyərləndirirsiniz?

- İlk növbədə, fürsətdən istifadə edərək, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik etmək istərdim. Çünki bu, ölkə futbolu üçün çox önəmli hadisədir. Qrupa gəldikdə, Çempionlar Liqasında asan rəqib yoxdur. "Çelsi", "Roma" güclü rəqiblərdir, "Atletiko" barədə heç danışmaq istəmirəm. Onların necə futbol oynadıqlarını bilirik. Əsas odur ki, "Qarabağ" bu işin öhdəsindən gələ, tarixi addım ata bildi. Qrup mərhələsinin startını gözləməliyik. Amma "Qarabağ" çox çətin qrupa düşüb.

- Avrokubok oyunları zamanı komandalarımızı izləmədiyiniz üçün çox tənqid olundunuz. Niyə qarşılaşmaları canlı izləmirdiniz?

- Mən tətildə idim, burada deyildim. Belə mövsümdən sonra mən də məzuniyyət qazanmışdım. Məni nəyə görə tənqid etdiklərini bilmirəm. Stadionlarda olmasam da, sözsüz ki, bütün oyunları televiziya vasitəsilə izləmişəm.

- Norveçlə oyuna cəmi 4 gün qalmış vəziyyəti necə qiymətləndirirsiniz?

- Hələ bu gün oyun var. Sabahdan hazırlıq başlayır. Hazırlığın necə keçəcəyini deyə bilmərəm. Ümidvaram ki, oyunçular sağlam qalacaqlar və zədələnən olmayacaq.

- Düşünmürsünüzmü ki, hazırda millidə ən zəif nöqtə qapıdır? Kamran Ağayev oyun praktikasından əziyyət çəkir, Səlahət Ağayev səhvlər buraxır...

- Təkcə hazırkı matçdan əvvəl yox, son 6 ayda Kamranda oyun təcrübəsi az idi. Ağayev əksər matçlarda meydana çıxmırdı. Bununla belə, hazırda ondan yaxşı qapıçı yoxdur ki, milliyə çağırım.

- Ramil Şeydayev Slovakiya "Jilina"sına, Emin Mahmudov isə Portuqaliya "Boavişta"sına lazım olmadı. Sizcə, azərbaycanlı legionerlər niyə xarici klublarda möhkəmlənə bilmirlər?

- Təəssüf ki, bu suala cavab verə bilmirəm. Problemin nədə olduğunu deməkdə çətinlik çəkirəm.

- Norveçlə ev oyununda Azərbaycan yığması qalib gəlsə də, çətinliklə üzləşdi. Səfər matçında milli komanda xal qazanmaq iqtidarındadırmı və nəyə ümid edə bilər?

- Mən də sizə sual verim: Şimali İrlandiya ilə Bakıdakı oyundan əvvəl 3 xal qazana biləcəyimizə ümid var idi? Uduzsaq da, britaniyalılara qarşı göstərdiyimiz oyun məndə ümid yaratdı ki, xalla qayıda bilərik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar