ABŞ-da dəhşətli "Harvi" qasırğası  - VİDEO

ABŞ-ın Texas ştatında 300 min insan "Harvi" qasırğası səbəbindən elektriksiz qalıb.

"Report" "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Dallas News" nəşri məlumat yayıb.

"Qasırğa sahilə çatan kimi Texasın elektrik şəbəkəsinin 90 faizini idarə edən Şura tezliklə 211 min nasazlığın yaranması barədə bildirib", - deyə "Dallas News" yazır.

Qeyd olunur ki, tezliklə bu göstərici 293 minə çatıb. Bundan əlavə, mobil rabitə də pozulub. ABŞ mətbuatı qasırğa nəticəsində onlarla evin dağıldığını yazıb. Birləşmiş Ştatların Qasırğaların Xəbərdarlığı Milli Mərkəzinin məlumatına görə, hazırda "Harvi"nin gücü 1-ci – aşağı kateqoriyaya düşüb.

"Harvi" 2005-ci ildə Luiziana ştatında Yeni Orleanı su altında qoymuş "Katrin" qasırğasından sonra son 12 ildə ABŞ-da ən güclü təbii hadisə olub.

https://video.img.ria.ru/Out/Flv/20170826/2017_08_26_APuraganTEXASRIA_rrcwayib.pw1.mp4

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar