"Qarabağ" "Qəbələ"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

"Report"un məlumatına görə, həftənin son matçı ötən mövsümün çempionu "Qarabağ"la gümüş mükafatçısı "Qəbələ" arasında olub.

Görüşdə hesabı ikinci hissədə Ağdam təmsilçisi açıb: Mahir Mədətov fərqlənib. Altı dəqiqə sonra Steven Monroz bərabərlik qolunu vursa da, Markos Madera yenidən "Qarabağ" önə keçirib və yekun nəticəni təyin edib.

Bu qələbədən sonra xalını 9-a çatdıran "Qarabağ" ikinci pillədəki yerini qoruyub. "Qəbələ" isə 6 xalla 3-cü sırada qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Kəpəz"lə qolsuz heç-heçə edib, "İnter" "Səbail"i yenib - 1:0. Bu gün keçirilən "Zirə" - "Sumqayıt" matçında isə meydan sahibləri 3:1hesabı ilə qalib gəliblər.

"Qarabağ” – "Qəbələ” - 2:1

Qol: Mahir Mədətov, 62. Markos Madera, 73 - Steven Monroz, 68

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar