Bayramda qurban kəsmək istəyənlərin diqqətinə - VİDEO

1381733594_qoyunQurban bayramına sayılı günlər qalıb. Bu ərəfədə qurbanlıq heyvan bazarı canlanmağa başlayıb.Ancaq bu canlanma qiymət artımı ilə müşayiət olunub. Bayramda daha çox xırdabuynuzlu heyvanlar kəsildiyi üçün qiymət artımı da əsasən bu heyvanların qiymətində qeydə alınıb.

"AzPolitika"nın Xəzər TV-yə istinadla məlumatına görə, satıcılar bahalaşmaya əsas səbəb kimi yemin qiymətinin bir qədər yüksək olmasını göstərirlər. Onlar deyirlər ki, qurban bayramında qiymətlərdə ciddi dəyişiklik olmayacaq.

Bölgələrdə də xırdabuynuzlu heyvanların qiymətində müəyyən bahalaşma müşahidə edilir. Ət kəsimi ilə məşğul olanlar deyirlər ki, bayram ərəfəsində heyvanları əvvəlki günlərlə müqayisədə daha baha alırlar.

Bu arada, Qurban bayramı ilə bağlı dövlət baytarlıq nəzarəti xidməti xəbərdarlıq edib. Xəbərdarlıqda qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, həmçinin ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi tələbi qoyulub.

Şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılıb ki, qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alınması, ət və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirsinlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar