"Liverpul"dan rekord transfer

"Liverpul" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, İngiltərə təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Nabi Keytanı heyətinə cəlb edib. Tərəflər arasında razılığa əsasən, 22 yaşlı oyunçu 2018-ci ilin iyulundan "Liverpul"da oynayacaq. O, mövsümün sonuna kimi Almaniya klubunda çıxış edəcək. N.Keyta İngiltərə təmsilçisində əfsanəvi kapitan Stiven Cerrardın geyindiyi 8 nömrəli forma geyinəcək.

Britaniy mətbuatı bu transfer üçün "Liverpul"un ən azı 75 milyon avro ödəyəcəyini yazıb. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar