İstanbula güclü yağış və dolu yağıb

doluTürkiyənin İstanbul şəhərinə güclü yağış və dolu yağıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, sinoptiklərin xəbərdarlığının ardınca İstanbulun şimal hissəsində güclü küləklə müşayiət olunan yağmur başlayıb.

Güclü yağış səbəbindən şəhərin Şişli, Dolapdərə, Beşiktaş və digər səmtlərində küçələri sel basıb. Avtomobillər və tramvaylar selin ortasında qalıb.

Sinoptiklər xəbərdarlıq edib ki, güclü yağış və fırtınanın miqyası getdikcə genişlənəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar