AŞPA həmməruzəçiləri yenə Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcəklər.

Virtualaz.org-un məlumatına görə, bu barədə Stefan Şennak öz Twitter səhifəsində yazıb.

Xatırladaq ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycan üzrə növbəti hesabatı hazırlayırlar. S.Şennak bildirib ki, hesabatın ilkin versiyası cari ilin oktyabrında Strasburqda AŞPA-nın sessiyası çərçivəsində təqdim olunacaq və müzakirəyə çıxarılacaq.

Onu da xatırladaq ki, həmməruzəçilər sonuncu dəfə Bakıda iyun ayında olublar. O vaxt onlar ölkə prezidenti, parlamentin spikeri, ədliyyə naziri, AŞPA-da Azərbaycan nümayəndə heyəti, baş prokurorun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və Ombudsman aparatının, həmçinin vətəndaş cəmiyyətinin təmsilçiləri, o ərəfədə həbsdən çıxmış şəxslər, hüquqşünaslar, müxalifət partiyalarının nümayəndələri ilə görüşmüşdülər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar