Bu gün Bakıda Cəmil Həsənlinin final mitinqidir

Milli Şura kütləvi görüşlərinə bayram əhval ilə yekun vurmağa hazırlaşır

Milli Şura bu gün Bakı şəhərində 4-cü mitinqini keçirəcək. Bu mitinq seçki dövrünün yekun mitinqi olacaq. Mitinq saat 16:00-da M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda, “Inşaatçılar” metrosunun yaxınlığında keçiriləcək. Xatırladaq ki, Milli Şuranın bundan əvvəlki 2 mitinqi də bu ərazidə keçirilmişdi.

Milli Şuraya daxil olan partiyalar və təşkilatlar bu mitinqlə bağlı hazırlıqlarını sona çatdırıblar.

“Doğrunu seç” mitinqinə facebook üzərindən 120 min insan dəvət olunub və minlərlə insan mitinqdə iştirak edəcəyini bildirib. Xatırladaq ki, ötən günlər ərzində Milli Şuranın pezidentliyə namizədi Cəmil Həsənli Mingəçevir, Gəncə, Ağdaş, Şəki və Sabirabadda seçicilərlə görüşlər keçirib. Hakimiyyət bütün görüşlərə süni əngəllər yaratmağa çalışsa da insanlar bu görüşlərdə fəal iştirak edib.

Bu gün keçiriləcək mitinqlə bağlı 10 minlərlə çağırış vərəqəsi, Cəmil Hsənlinin platforması olan bukletlər paylanılıb. Bundan əlavə, Cəmil Həsənli televiziya çıxışlarında, vəkilləri isə radio çıxışlarında insanları mitinqə səsləyib.

Milli Şuranın mitinq komitəsindən verilən məlumata görə, bu mitinqin daha izdihamlı, bayram əhvallı olacağı gözlənilir.

Final mitinqində Cəmil Həsənlinin müxtəlif sahələri əhatə edən seçki platforması açıqlanacaq, əhalinin bütün təbəqələri 9 oktyabr seçkilərində iştirak etməyə çağırılacaq.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar