Hacıqabul sakinin evindən 10 qram narkotik tapıldı - VİDEO

Hacıqabul sakinindən satış üçün nəzərdə tutulan narkotik maddə götürülüb.

ARB TV xəbər verir ki, Hacıqabul polisi rayonun M.Ə.Rəsulzadə küçəsi 101 ünvanında yaşayan 31 yaşlı Əlvi Talıbovun yaşadığı evə baxış keçirib.

Baxış zamanı oradan 10,914 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Satış üçün nəzərdə tutulan narkotik vasitə kibrit qutusunda 8 ədəd sellofan bükümdə aşkar edilib. Ə.Talıbov polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar