Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib

Dərc olunub: 31/08/2017 - 19:57

yaponGələn il Rusiyada təşkil ediləcək dünya çempionatının daha bir iştirakçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Yaponiya mundiala vəsiqəni rəsmiləşdirib.

Vahid Halilhodziçin yetirmələri buna seçmə mərhələnin IX turu çərçivəsində Avstraliya ilə keçirilən matçda nail olublar. Belə ki, Saitamada baş tutan qarşılaşmanın hər hissəsində 1 cavabsız qol vuran yaponlar Asiya zonasında B qrupunun liderliyini təmin ediblər. Bu isə o deməkdi ki, Səudiyyə Ərəbistanı ilə son tur matçı Halilhodziçin komandası üçün formal xarakter daşıyacaq.

Bununla tarixində 6-cı dəfə dünya çempionatının final mərhələsinə adlayan Yaponiya yığması ev sahibi Rusiya, həmçinin Braziliya və İrandan sonra mundialda iştirak hüququna yiyələnən 4-cü komanda olub.

Yaponiya – Avstraliya – 2:0
Qollar: Asano, 41; İdequçi, 82






loading...


Fikrinizi bildirin