Prokuror 16 il iş istədi, hakim 5 il verdi - Məhkəmədə qəribə hadisə

Adam öldürməyə cəhddə təqsirləndirilən Vəli Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Vəli Əhmədovun barəsində Cinayət Məcəlləsinin (CM) 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 5 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, prokuror çıxışında V.Əhmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daxili İşlər Nazirliyinin 2015-ci il oktyabr ayının 21-də yaydığı məlumatına görə, Bakıda cinayət hadisəsi törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı tutulub. Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı V.Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov dərhal xəstəxanaya yerləşdirilib

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Hadisəni törədərkən onun istifadə etdiyi "Vinçester" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar