Daha bir şəhər İŞİD-dən azad edildi

Mosul vilayətinin Təlafər rayonu İŞİD terror qruplaşmasından tamamilə azad olunub.

Trend-in məlumatına görə, bunu İraqın Baş naziri Heydər əl-Abadi deyib.

Əl-Abadi qeyd edib: "Təlafər tamamilə azad edildi. Əraziyə İraq bayrağı asıldı".

Baş nazir bununla da Mosulun tamamilə təhlükəsizlik qüvvələrinin nəzarətinə keçdiyini bildirib.

Qeyd edək ki, İŞİD əsasən türkmanların yaşadığı Təlafəri 2014-cü il iyunun 16-da ələ keçirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar