Dünyanın ən zəngin insanı kimdir? - Bill Qeytsi geridə qoydu

“Forbes”in versiyasına əsasən, İspaniyanın “Inditex” şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa dünyanın ən zəngin insanına çevrilib.

Azərtac xəbər verir, buna A.Orteqaya məxsus şirkətin səhmlərinin qiymətinin kəskin artması səbəb olub. Nəticədə o, “Microsoft”un yaradıcısı Bill Qeytsi üstələyib.

Hazırda A.Orteqanıın sərvəti 85 milyard dollar təşkil edir. Son bir ay ərzində 81 yaşlı iş adamı sərvətini 1,2 milyard dollar artıra bilib. O, bundan əvvəl iki dəfə – 2015-ci və 2016-cı illərdə “Forbes” jurnalının reytinqində qısa müddət ərzində 1-ci yerə yüksəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar