Rusiyada Orta Asiya ilə bağlı viza rejimi tətbiq etmək istəyirlər

Rusiya senatoru Frans Klintseviç Orta Asiya vətəndaşları üçün viza rejiminin tətbiqini və sərhəddə nəzarət sisteminin sərtləşdirilməsini zəruri hesab edir.

Virtualaz.org bildirir ki, bu barədə “Moskovskiy komsomolets” xəbər yayıb.

Belə bəyanatla o, Federal Təhlükəsizlik Xidmətinin qarşısı alınmış növbəti terror aktı haqda xəbərindən sonra çıxış edib. Xəbərdə göstərilən regiondan gəlmələrin saxlanıldığı bildirilib.

"Orta Asiya respublikalarında sosial gərginlik mərkəzləri yaradılıb, qoy bu dövlətlərin rəhbərləri məndən inciməsinlər, amma bu belədir", - deyə Federasiya Şurasında Müdafiə və təhlükəsizlik məsələləri komitəsi sədrinin birinci müavini vurğulayıb.

Əgər Orta Asiya regionundan gəlmələr tərəfindən Rusiyada yenə terror aktlarının hazırlığının analoji hadisələri olacaqsa, Klintseviç vizalar üzrə təkliflə çıxış etmək niyyətindədir. O başqa çıxış yolu görmür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar