«ABŞ vasitəçilərin əli ilə İŞİD döyüşçülərinə silah satır» - Suriya müxalifəti

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Suriya müxalifəti növbəti dəfə Amerika Birləşmiş Ştatlarını (ABŞ) ifşa edib. Müxalifətin iddiasına görə, Birləşmiş Ştatlar özünün nəzarəti altında olan müxalif qrupların vasitəsilə «İslam dövləti» döyüşçülərinə silah-sursat satır.

Bu silahlardan istifadə qayda və vərdişləri isə terrorçulara ABŞ-ın Ət-Tanf bazasında öyrədilir («RİA Novosti»).

ABŞ-ın «İslam dövləti» döyüşçülərinə silah satması barədə sözgedən bazanın Suriya sektorunun sabiq rəhbəri Mühəmməd Əssalam danışıb.

«Onlar Amerika istehsalı silah-sursat, maşınlar, M-16 tüfəngləri («vintovka») satırdılar - böyük miqdarda. Amerikalıların son təftişindən sonra 4,7 min tüfəng («vintovka») çatışmazlığı aşkar olundu» - deyə, Mühəmməd Əssalam bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri dəfələrlə suriyalılara hökumət ordusuna qarşı hərbi əməliyyatlara başlamağı təklif ediblər. Mülki əhaliyə isə kömək tamamilə yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar