Ermənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək

Ermənistan parlamentinin nümayəndə heyəti "Avronest" Parlament Assambleyası çərçivəsində sentyabrın 22-də Bakıda keçiriləcək forumda iştirak etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Azərbaycana parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan və deputat ManeTandilyan gələcək.

Azərbaycan bir müddət əvvəl "Avronest" Parlament Assambleyasının (Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) Bakıda keçiriləcək iclasında iştirak üçün qurumun üzv dövlətlərinə, o cümlədən Ermənistana dəvət göndərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar