ABŞ NÜVƏ HÜCUMUNA HAZIRDIRMI? – “18 raketdən yalnız 10-nu vura bildilər...”

Prezident Ronald Reyqanın görmək istədiyi kosmik nüvə qalxanı demək olar ki, video oyunlardan uzağa getmədi. Hətta bəzən real həyatımızda da, raket əleyhinə sistemləri keçilməz hava sahəsi kimi təsəvvür edirlər. Amma səsdən iti uçan ballistik raketlərin yaxalanması elə də asan iş deyil. Raketin sürəti, uçuş uzaqlığı geniş diapozonludur və dəyişkən xüsusiyyətə malikdir.

Bildiyimiz kimi dünyada qısa, orta və ara məsafəli raketlərlə yanaşı uzun mənzilli Qitələrarası Ballistik Raketlər də mövcuddur. Onların bir neçə uçuş mərhələləri var.

Birinci - sürət vermə, sonra uçuş fazası və nəhayət, trayektoriyanın son məntəqəsinə doğru yönəlmə mərhələsi var. Ballistik raketlərin yaxalanması üçün hədəfə hücum trayektoriyasını izləyən datçiklər və düşmənin döyüş başlığını yaxalayıb toqquşma yoluyla onu məhv edəcək raketlərin buraxılması qurğularının olması vacibdir. Lakin raket əleyhinə müdafiənin bütün elementləri eyni deyil. Şimali Koreyaya qarşı ABŞ iki müxtəlif kateqoriyadan istifadə edir: hərbi fəaliyyət teatrı üçün raket əleyhinə müdafiə sistemləri və raket əleyhinə milli müdafiə sistemi.

Birinci növ sistemlər regional xarakter daşıyır və buraya Amerikan ordusunu və onun müttəfiqlərini kiçik və orta mənzilli raketlərdən qoruyan sistemlər daxildir. Həmin sistemlər Cənubi Koreya, Yaponiya və Quam adasında yerləşib. Buradakı ABŞ bazaları “Patriot PAC-3” komleksləri ilə təchiz olunub və ballistik taktik döyüş başlıqlarının və yaxın məsafəli qanadlı raketlərin yaxalanması üçün nəzərdə tutulur.

Sakit okean akvatoriyasında, “Aegis” çoxfunksiyalı informasiya idarəetmə sistemləri ilə təchiz olunmuş 19 Amerikan döyüş gəmisi var. Həmin gəmilərdə uçuş sahəsindəki döyüş başlıqlarını məhv etmək üçün nəzərdə tutulan “SM-3” yaxalayıcı raketləri buraxılışa hazır vəziyyətdə dayanıblar.

Quam adasında və Cənubi Koreyada ABŞ-ın yüksək texnologiyalı özüyeriyən mobil “THAAD” (Terminal High Altitude Area Defense – Ümumiyyətlə “Ted” kimi tələffüz edilir) buraxılış qurğuları var. Yüksək manevrli bu avtomobillərin hər birində, həm atmosferdə, həm də onun hüdudlarından 200 kilometr kənarda olan raketləri məhv etmək qabiliyyətinə malik səkkiz yaxalayıcı raket yerləşdirilib. Ekspertlərin sözlərinə görə, real hücum şərtlərində hərbi teatr fəliyyətindəki Raket Əleyhinə Müdafiə sistemləri çox effektli olacaq. Hərçənd ki, onların bütün düşmən raketlərinin hamısını yaxalayıb məhv etməsi çətin ki, mümkündür.

Ancaq Raket Əleyhinə Milli Müdafiə sistemi tamamilə başqa bir şeydir. ABŞ-ın kontinental hissəsini müdafiə edən sistem – Raket Əleyhinə Yerüstü sistem (Ground based Midcourse Defence-GMD) adlanır.

Bu sistemə Alyaskada 36, Kaliforniyada isə 44 yaxalayıcı qurğu daxildir. 1999-cu ildəki sınaqların gedişi zamanı 18 uçan raket hədəfindən yalnız 10-u vurulmuşdu. Göründüyü kimi, hədəfin zərərsizləşdirlməsində çətinliklər var. “GMD” sistemi yaxın mənzilli hədəflərə nisbətən daha hündürdən və sürətlə uçan Qitələrarası Ballistik Raketlərin məhv edilməsi üçün nəzərdə tutulub. Mütəxəssislər deyirlər ki, bu, bir güllə ilə havada uçan digər güllənin vurulmasına cəhd kimi bir şeydir. Düşmən raketinin döyüş başlığının raketdən ayrıldığı an qəlpələrin əmələ gəlməsi onun vurulması tapşırığının yerinə yetirilməsini mürəkkəbləşdirir. Buludlar arasında döyüş başlığının qəlpələrdən fərqləndirilməsi hədsiz problemli işdir. Ekspertlərin fikrinə görə, hətta Şimali Koreya kimi inkişaf etməkdə olan nüvə dövləti düşmən datçiklərini aldatmaq üçün sadə radiolakasiya tələlərindən istifadə etmək qabiliyyətindədir. Deməli indiki sistem ABŞ-ı Çin və ya Rusiyanın Qitələrarası Ballistik Raketlərindən tam qoruya bilməz.

Beləliklə, ”GMD”-ni möcüzə qalxan hesab etmək olmaz, amma indiki vəziyyətdə Birləşmiş Ştatların bundan başqa müdafiə sistemi yoxdur.

(“The New-York Times”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar