Rusiya «lyüizit»ə əsaslanan bütün döyüş sursatını məhv edib

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkə zəhərli maddə olan «lyüizit»ə əsaslanan bütün döyüş sursatını məhv edib.

Bu barədə kimyəvi silahların təhlükəsiz saxlanması və məhv edilməsi idarəsinin rəisi, general-polkovnik Valeri Kapaşin xəbər verib.

O, əlavə edib ki, Rusiyada lyüizitli sursatlar zəhərli maddələr olan iprit, zarin və zaman-nın ardınca məhv edilib.

Kapaşinin sözlərinə görə, indi Rusiyada məhv edilmək üçün «vi-iks» zəhərli maddələr əsaslı kimyəvi silahların kiçik partiyası qalır. Bundan sonra, kimyəvi silahların məhvi üzrə beynəlxalq konvensiya ilə ölkənin öz üzərinə götürmüş olduğu öhdəliklərin realladırılması prosesinə yekun nöqtə qoyulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar