Ramzan Kadırov Myanmada müsəlmanların soyqırımı haqda

ramzan_kadirov1Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib ki, dünya ictimaiyyəti Myanmadakı hadisələrə - yerli hakimiyyətin müsəlman-rohincaları sıxışdırımasına reaksiya verməlidir.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

"Myanmadakı hadisələrə siyasətçilərin və dünya liderlərinin reaksiyası müasir dünya quruluşunun tam əxlaqsızlığına şahidlik edir…", — deyə o bildirib. Üstəlik əlavə edib ki, “BMT öz "narahatlığını” yalnız bəyanatlar verməklə bildirir və bununla kifayətlənir”.

Daha əvvəl Çeçenistan Respublikasının müftisi Hacı Salah Mejiyev bəyan etmişdi ki, bazar ertəsi Qroznının mərkəzi hissəsində rohinca müsəlmanlarına dəstək olaraq çoxminli mitinq keçiriləcək.

Xatırladaq ki, rohincalar — XIX əsrdə və XX əsrin başlanğıcında Britaniya müstəmləkə hakimiyyəti tərəfindən Myanmaya köçürdülmüş etnik benqal-müsəlmanlardır. Təxminən yarım milyondan ibarət olan bu etnik qrup hazırda Rakhayn (Arakan) ştatının əhalisinin əksəriyyətini təşkil edirl. Ancaq onların çax az bir hissəsi Myanma vətəndaşlığına malikdir. Rəsmi hakimiyyət və buddist əhalisi rohincaları Banqladeşdən olan qeyri-leqal miqrant hesab edir.

Onlarla yerli buddistlər arasında münaqişənin uzun bir tarixi var, ancaq silahlı toqquşmalara və humanitar böhrana qədər bu münaqişənin eskalasiyası yalnız 2011- 2012-ci illərdə Myanmada hakimiyyətin hərbi hökumətdən mülki vətəndaşlara keçidindən sonra başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar