Samuxda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Qezada-sinmish-padpres-180912Samuxda yol qəzası baş verib.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Çobanabdallı-Qarabağlar avtomobil yolunun Əhmədbəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən Gəncə çayına düşüb.

Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, avtomobildə olan daha iki şəxs də Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ilkin məlumata əsasən, avtomobildə olan sərnişinlərdən biri dostları ilə birgə evlənmək məqsədilə T.İsgəndərovanı qaçıran zaman yolda qəzaya düşüblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar