Samuxda qız qaçıran şəxslərin avtomobili su kanalına düşüb

Samuxda avtomobil su kanalına düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər "VAZ-2107" markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar