Kamçatka sahillərində zəlzələ olub

Rusiyanın Kamçatka sahilləri yaxınlığında 4,0 bal gücündə zəlzələ baş verib.

APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda, Petropavlovsk-Kamçatsk şəhərindən 116 km cənubi-şərqdə, ocağı isə 49 km dərinlikdə yerləşib.

Rusiya Federasiyası Fövqəladə hallar nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar