«Myanmada müsəlmanlara qarşı qeyri-insani münasibəti dayandır!» - Kadırovdan xahiş

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu gün Qroznı şəhərinin mərkəzində keçirilən çoxminli mitinqin iştirakçıları Myanmada müsəlmanlara qarşı qeyri-insani münasibəti dayandırmağı Ramzan Kadırovdan xahiş ediblər.

Mitinq iştirakçıları bəyan ediblər ki, bu ölkədə baş verənlər genosiddir. Mitinqdə Çeçenistan paytaxtının minlərlə sakini iştirak edir. Ramzan Kadırovun dini məsələlər üzrə müşaviri Adam Şahidov aksiya iştirakçılarına müraciət edib.

Ramzan Kadırov özü də mitinqə qatılıb.

«Bütün Qafqazın şeyxi» isə nə səsini çıxardır, nə də gözə dəyir - bəlkə naxoşlayıb?...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar