Çin də Şimali Koreyaya qəzəbləndi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) xarici işlər nazirliyi (XİN) Şimali Koreyada hidrogen bombasının sınaqdan keçirilməsini qətiyyətlə pisləyib.

«Bu gün Koreya Xalq Demokratik Respublikası (KXDR) dünya birliyinin xəbərdarlığına baxmayaraq, növbəti dəfə nüvə sınağı keçirib. Çin hakimiyyəti… bu addımı qətiyyətlə pisləyir» - ÇXR XİN-nin saytında deyilir.

Pekində qeyd ediblər ki, Pekin Koreya yarımadasının denuklearizisiyası məsələsində qəti mövqedən çıxış edir və Birləşmiş Millətlər Təşkilatındakı (BMT) həmkarlarını dəstəkləyir.

Bununla yanaşı, Çin hökuməti hesab edir ki, sözügedən problemin effektli həlli yalnız sülh danışıqları yolu ilə mümkündür.

Bundan əvvəl Pxenyan hidrogen bombasının uğurla sınaqdan keçirdiyini xəbər verib. Termonüvə başlığının qitələrarası ballistik raketlərə quraşdırılacağı ehtimal olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar