«KXDR tərəfindən təhlükə yeni səviyyəyə qalxıb» - Yaponiya hökuməti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya hökuməti bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən qaynaqlanan təhlükə yeni səviyyəyə qalxıb. Şimali Koreya yeni hidrogen bombasını sınaqdan keçirib.

KXDR-nın yarımada qonşusu - Cənubi Koreya baş verənlərlə bağlı Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırır.

Yaponiya hökuməti daxilində isə böhran qərargahı yaradılıb. Qərargahın mütəxəssisləri nüvə sınağı barədə informasiyanın toplanması və analizi ilə məşğuldur.

Yaponiyanın Baş naziri Sindzo Abe ABŞ, Cənubi Koreya, Çin və Rusiya hakimiyyətləri ilə sıx əlaqə saxlamaq göstərişi verib. Ölkənin xarici işlər naziri Taro Kono yaxın vaxtda özünün Vaşinqtondakı və Seuldakı həmkarları ilə telefon danışığı aparmaq niyyətindədir.

Bundan başqa, Yaponiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasının çağırılmasını dəstəkləyəcək. Nüvə sınaqlarının qadağan olunması üzrə beynəlxalq Təşkilat da Şimali Koreyanın hərəkətlərini bu təşkilatın normalarının pozulması kimi qiymətləndirir.

Amma Rusiya hesab edir ki, KXDR ciddi təhlükə törətmir. Bu barədə Federasiya Şurasının müdafiə və təhlükəsizlik Şurasının sədr müavin Frans Klintseviç danışıb.

Onun sözlərinə görə, hər necə olursa-olsun, nüvə sınaqları qəbuledilməzdir, amma Pxenyan bu üsulla ABŞ-ın və onun Asiyadakı müttəfiqlərinin təxribatlarına və təzyiqlərinə cavab verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar