AZƏRBAYCAN SAN-MARİNONU DARMADAĞIN ETDİ - VİDEO

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti qələbəsini qazanıb.Virtualaz.org bildirir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv VIII tur çərçivəsində San Marino yığmasını böyük hesabla məğlub edib – 5:1

Əvvəlcə, 20-ci dəqiqədə Əfran İsmayılov fərqlənib - 1:0.

Azərbaycan yığmasının ikinci qolunu Araz Abdullayev vurub.

Birinci hissə 2:0 hesabı ilə başa çatıb.

İkinci hissədə, görüşün 57-ci dəqiqəsində Əfran İsmayılov dubl edib – 3:0.

Oyunun 71-ci dəqiqəsində avtoqol qeydə alınıb. Belə ki, San-Marino millisinin futbolçusu Miçel Cevoni topu öz qapısına vurub. Üç dəqiqə sonra san-marinolu futbolçu Mirko Palazzi hesab arasındakı fərqi azaldıb - 4:1.

Matçın 81-ci dəqiqəsində Rəşad Sadıqov San-Marino millisinin qapsına təyin olunmuş cərimə zərbəsini dəqiq yerinə yetirib - 5:1.

Qeyd edək ki, bu zəfər sayəsində milli yer aldığı C qrupunda 10 xalla 3-cü pilləyə yüksəlib. Yeri gəlmişkən, Azərbaycan yığması bunadək 2014-cü il dünya çempionatının seçmə mərhələsində 9 xal toplamışdı.

Onu da qeyd edək ki, VIII tura bu gün Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Şimali İrlandiya - Çexiya və Almaniya - Norveç qarşılaşmaları ilə yekun vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar