Vahid Ələkbərov “Lukoyl”un təxminən 1 milyardlıq səhmini aldı

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov birjadankənar bazarda şirkətin 300 min ədəd adi səhmini 879,3 milyon rubla əldə edib.Virtualaz.org bildirir ki, bu barədə “Vedomosti” şirkətə istinadən məlumat yayıb.

Beləliklə, V.Ələkbərovun “Lukoyl”da payı 2,429%-dən 2,464%-dək artıb.

Qeyd edək ki, sirkətin əsas sahibləri V.Ələkbərov və vitse-prezident Leonid Fedundur. V.Ələkbərov neft-qaz şirkətinin 22,96% , L.Fedun isə 9,78% səhmlərinin sahibidir.

Onu da xatırladaq ki, dünən Vahid Ələkbərovun bul il 693 mln. dollar itirdiyi barədə xəbər yayılmışdı. Bildirilirdi ki, hazırda onun sərvəti 11,3 mlrd. dollara bərabərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar