“Qol vurmağımız sevindirici haldır” - San Marinonun baş məşqçisi

“Təbii ki, bu görüşdə Azərbaycan millisi daha yaxşı təsir bağışladı". Musavat.com xəbər verir ki, bu sözləri San Marino yığmasının baş məşqçisi Pyerancelo Manzarolli deyib. Xəbər verdiyimiz kimi, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olan “cırtdan ölkə” təmsilçisi 1:5 hesablı məğlubiyyətə üzülüb. Matçdan sonra mətbuat konfransı keçirən qonaqların çalışdırıcısı bunları deyib: “Komandamız yenilənib, çoxu gənc futbolçulardır. Oyundan razı qala bilmərəm. Amma sevindirici haldır ki, qol vurduq. Bu isə nadir hallarda baş verir”.

- Digər ölkələrdən olan futbolçuları milliləşdirmək barədə düşünmürsünüz?

- San Marinoda qaydalar olduqca sərtdi. Legionerlərin milliləşdirilməsinə icazə verilmir. Heyətdə yer alanların hamısı yerli futbolçulardır. Bu da bizim üçün şərəfdir.

- Azərbaycan yığması ilk oyunda 1:0 hesablı qələbə qazanmışdı. Həmin matçla müqayisədə millimizdə hansı fərqləri gördünüz?

- Azərbaycan futbol ənənələri olan ölkədir. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməklə bunu bir daha isbatladı. San Marino isə kiçik ölkədir. Bizim meydandakı oyun qrupdakı ilk matçınız idi. Bəlkə də, ona görə komandanız tam formalaşmamışdı. Bu gün isə 5 qol vurdunuz. Təbii ki, bu görüşdə Azərbaycan millisi daha yaxşı təsir bağışladı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar