Bakı sakini Şəkidə göldə batıb

Bakıdan Şəkiyə qonaq gələn 28 yaşlı gənc göldə batıb.APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində rayonun Fazıl kənd inzibati ərazisindəki süni göldə baş verib.

Bakı şəhər Binəqədi rayonu, Babaşov küçəsi ev 2 mənzil 8-də qeydiyyatda olan, 1989-cu il təvəllüdlü İsa Mehman oğlu Məmmədov göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə verilib.

Qeyd edək ki, İsa Məmmədov Fazıl kəndinə qonaq gəlib. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar