"QULAQBURMA" VERƏN DEPUTAT "VURULDU"? - "Astan Şahverdiyev kimdi ki..."

Milli Məclisin İntizam Komissiyasının sədri dəyişdirilib. Parlamentdən verilən məlumata görə, Ağacan Abiyev İntizam Komissiyasının sədri vəzifəsindən çıxarılıb. İntizam Komissiyasının sədri vəzifəsinə deputat Siyavuş Novruzov təyin edilib. S.Novruzov həm də Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədridir.

Maraqlıdır ki, Ağacan Əbiyev Unikal.org-a açıqlamasında bu qərardan xəbərsiz olduğunu bildirib: "Ola bilməz. Mən "komandirovka"dan təzə qayıtmışam. Maraqlanaram görüm nə məsələdir".

Qeyd edək ki, A.Əbiyevin bir müddət əvvəl deputat həmkarı Astan Şahverdiyevlə bağlı bir açıqlaması cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Onun "Astan Şahverdiyevə yenə qulaqburması veriləcək" tipli açıqlaması səlahiyyətlərini aşması, qeyri-etik ifadə işlətməklə, özünün intizamı pozması kimi qiymətləndirilmişdi. A.Əbiyevin sədrlikdən uzaqlaşdırılması bu məsələ ilə bağlı ola bilərmi?

Deputat müvafiq suala sərt reaksiya verib: "Astan Şahverdiyev kimdi ki, ona görə məni komissiyadan uzaqlaşdırsınlar?".

***

Deputat Siyavuş Novruzov Musavat.com-un əməkdaşına açıqlamasında xəbəri təkzib edib: “Milli Məclisin iclası olmadan komitə, komissiya sədri təyin etmək olarmı? Milli Məclisin iş prinsipini bilmirlərsə, bunlar niyə Milli Məclisə akkreditə olunurlar? İkincisi də mən İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Mən İntizam komitəsinin sədri olmuşam, bunu hamı bilir. İndi sensasiya axtarmağın nə mənası var? Digər tərəfdən də komitə və komissiya sədrləri parlamentin iclasında səsvermə ilə təyin olunur. İclas yoxdursa, bu təyinat necə ola bilər? Özü də bu, təyinatlı deyil, seçkilidir”. S.Novruzov A.Abıyevin fəaliyyətinə qiymət verməyi də düzgün saymadı: “Mən sədrlik etdiyim komitədə işlərimə davam edirəm”.

Deputat Ağacan Abıyev isə suala sualla cavab verib: “Mənim xəbərim yoxdursa, bu barədə mənə deyilməyibsə, görəsən sayt bu məlumatı hardan götürüb?” Digər tərəfdən o, əlavə etdi ki, Milli Məclisin rəhbərliyi hələ tam tərkibdə işə çıxmayıb: “Ayın 10-dan sonra işə çıxacaqlar. İndi başa düşmürəm, kimdir bu oyunu oynayan?” A.Abıyev bu məlumatların hardan qaynaqlandırğı barədə bir söz deyə bilməyəcəyini bildirdi: “Karın könlündəki deyirlər e...” Sosial şəbəkələrdə yazılanlara görə, A.Abıyev deputat həmkarı Astan Şahverdiyevə sərt reaksiya verdiyi üçün bu cür cəzalandırılıb. Komitə sədri isə bu kimi arqumentlərə maraqlı reaksiya verdi: “Astan Şahverdiyevə neyləmişəm ki? Astan danışığını bilmir, mən neyləyim?” Bəs, A.Abıyev dediyi kimi, A.Şahverdiyevin məsələsinə İntizam komitəsində baxılacaqmı? Komitə sədri bunu istisna etmədi: “Deyəsən, bu məsələni qabaqlamaq istəyirlər”.

Ola bilərmi ki, daxili auditoriyada İntizam komitəsinin rəhbərliyində dəyişiklik edilməsi müzakirə edilib və bu mətbuata sızıb? A.Abıyev qəti şəkildə inkar etdi: “Elə şey yoxdur. Bu məsələni qaldırmağa adam yoxdur e indi. Hamı məzuniyyətdədir, hələ işə çıxmayıblar. Mən də işimə davam edirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar