Yerə doğru 24 «ölüm ulduzu» uçur

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Maks Plank cəmiyyəti Astronomiya institututunun alimləri bu qənaətə gəliblər ki, Günəş sistemindən 3,26 işıq ili məsafədə 19-dan 24-ə qədər ulduz sürətlə hərəkət edir. Onlar Yer planeti üçün potensial təhlükəlidirlər. Bu təhlükənin milyon il bundan sonra baş verəcəyi ehtimalına baxmayaraq, fəlakətin baş vermə ehtimalı çox yüksəkdir.

Alimlər «ESA Gal»a peykinin verdiyi məlumatlara əsaslanaraq, bu nəticəyə gəliblər.

Mütəxəssislər qeyd edirlər ki, ulduzlar özləri Yerlə toqquşa bilməzlər, ancaq onların qravitasiya təsiri o qədər böyükdür ki, «Orota buldu»ndan planetin daxilinə ölümsaçan kometləri «itələyə» bilərlər. Məhz bu kometlər Yer üçün potensial təhlükə yaradırlar.

Alimlər onu da bəyan ediblər ki, Günəşdən 16,3 işıq ili məsafədən 490-600 ulduzn uçacağı gözlənilir, amma onlar planet üçün belə təhlükə yaratmırlar.

Bundan əvvəl xəbər verilmişdi ki, Günəşin Qlige-710 ulduzuna yaxınlaşması «Orota buludu»nu güclü təsirlənməyə gətirib çıxaracaq. Nəticədə onun kometlərindən bəziləri Yerə düşə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar