CAVİD QURBANOVDAN BÖYÜK JEST - Bir qrup jurnalistə ev bağışladı!

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb. Bu barədə "AzPolitika"ya məlumatlı mənbə xəbər verib.

Məlumata görə, ADY sədri bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilmiş 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb. C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar...

Belə olduqda hörmətli C.Qurbanov çox böyük jest və ləyaqətli hərəkət edərək, rəhbərliyin razılığı ilə sözügedən jurnalistləri şəxsən özü evlə mükafatlandırıb. Bununla da o, işgüzar və şəxsi münasibətlərdə nə qədər etibarlı və güvəniləcək biri olduğunu da ətrafına bir daha nümayiş etdirmiş olub...

Məlumatda həmçinin o da qeyd olunur ki, ADY sədri, müəyyən səbəblərdən adlarını çəkmək istəmədiyimiz jurnalistlərə şəhərin prestijli bölgələrində yeni tikilmiş binalardan mənzillər bağışlayıb.

Xatırlatmaq yerinə düşər ki, C.Qurbanovdan əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da mətbuat işçiləri üçün tikilmiş binadan ev ala bilməyən bir jurnalistə Naxçıvan şəhərindən 3 otaqlı mənzil bağışlamışdı.

***

Bir qədər əvvəl Cavid Qurbanov jurnalistlərə mənzil bağışlaması ilə bağlı iddialara cavab verib. Gununsesi.info-ya açıqlamasında Cavid Qurbanov bu barədə yazılanları qeyri-ciddi məlumatlar kimi qiymətləndirib.

Millət vəkili bildirib ki, Azərbaycanda mətbuatın inkişafı üçün Azərbaycan dövləti öz üzərinə düşənləri edir: “Ölkə başçısı özü jurnalistlərə mənzil bağışlayıb və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qayğıları, problemləri ilə cənab prezident məşğul olur. Mənim nə şirkətim, nə də o qədər imkanım var ki, jurnalistlərə ev verim. Azərbaycanda mətbuatın, jurnalistlərin qayğıları həmişə cənab prezidentin diqqətində olub və bu gün də ölkə başçısının diqqətindədir”.

AzPolitikadan: Hörmətli Cavid Qurbanovun bu cür açıqlama ilə çıxış edəcəyi  gözlənilən idi və  başadüşüləndir. Məlum səbəblərdən Cavid müəllim bir qrup jurnalisti evlə təmin etməsinin ictimailəşməsini istəməsə də, "AzPolitika.info" məlumatın doğruluğuna şübhə etmir.

Rasim

AzPolitika. info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar